EN

İspaniyada turistlərə qarşı ETİRAZ

Barselona İspaniyanın ən çox ziyarət edilən şəhərlərindən biridir, və dünyanın ikinci populyar turizm məkanıdır, hər il 32 milyon turist bu şəhəri ziyarət edir.

Lakin digər tərəfdən turizm mövsümü şəhərin yerli sakinləri üçün böyük problemə çevrilib.

Ednews xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Yayılan məlumata əsasən turizm şəhərində kirayə qiymətlərinin 68% artmasına səbəb olub və əcnəbilər üçün satışa çıxarılan mənzillərin sayı da artıb. Həmçinin yerli ticarətə, ətraf mühitə, xidmətlər və qonaqpərvərlik sahəsində çalışan işçilərin iş şəraitinə mənfi təsir göstərib.

Bu problemi aradan qaldırmaq məqsədi ilə 3000 nəfərə yaxın  İspaniyalı Barselona küçələrində “Bəsdir, turizmə məhdudiyyətlər qoyaq” və “Barselona satılmır” şüarları qaldıraraq nümayiş keçirib. Hətta bəzi nümayişçilər kafedə oturan turistlərə hücum edib.

Qeyd edək ki, Barselona şəhərin icra hakimiyyəti keçən ay artan turist sayını məhdudlaşdırmaq üçün yeni qanunlar hazırlamağı vəd edib.

Loğman Yunis

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
75
ednews.net

1Sources