Bakı. Trend:
Bu gün 16 yaşadək basketbolçu qızlar arasında Avropaçempionatının C divizionunun oyunlarına start veriləcək.
Trend İdman.biz-əistinadən xəbər verir ki, Cəbəllütariqdə təşkil olunacaq yarışınqrup mərhələsində I turun matçları baş tutacaq.
A qrupunda yer alan Azərbaycan yığması turnirdə ilk görüşünəçıxacaq. Türkiyəli mütəxəssis Evren Alkayanın yetirmələriErmənistanla üz-üzə gələcək. Qrupun digər görüşündə GürcüstanlaKipr qarşılaşacaq.
Qeyd edək ki, millimiz iyulun 10-da saat 12:30-də Gürcüstan,ayın 11-də saat 12:30-də Kiprlə görüşəcək.
U-16-lar (qızlar) arasında Avropa çempionatı
C divizionu, A qrupu
I tur, 9 iyul
15:00. Ermənistan – Azərbaycan
Cəbəllütariq. “Tersentenari” İdman Zalı