EN

“Barselona” İspaniya millisinin üzvü ilə maaşını müzakirə edir

“Atletik”in və İspaniya millisinin hücumçusu Niko Uilyams bu yay “Barselona”nın transfer hədəfidir.



Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barsa” rəhbərliyi anlaşmaya ciddi fikir verir. Kataloniyalılar 21 yaşlı futbolçunun transferi üçün təzminatın tam məbləğini ödəməyə hazırdır.



“Barselona”nın nümayəndələri Uilyamsın agenti ilə maaşın məbləği ilə bağlı danışıqlar aparır. Uilyams Kataloniya komandasının sıralarına qoşulmağa hazırdır.



İspaniyalı futbolçu ötən mövsüm 37 oyun keçirib, 8 qol vurub və 17 məhsuldar ötürmə edib. Onun bazar dəyəri 50 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərbarselona niko uilyams

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
56
komanda.az

1Sources