EN

I Liqa klubu məşqlərə start verib

"İyulun 8-dən toplanışın ilk mərhələsinə start verdik. Hələlik daha çox seleksiya işləriylə məşğuluq". Bu sözləri Sport24.az-a açıqlamasında "Karvan"ın baş məşqçisi Kənan Kərimov deyib.
 
Yevlax klubunun çalışdırıcısı heyətdə əsaslı dəyişiklərin olduğunu da vurğulayıb: "Sıralarımızı tərk edənlər çoxdu. Onların boşluğunu doldurmaq üçün yeni oyunçuları sınaqdan keçiririk. Həmçinin səviyyəli legionerləri də cəlb etmək niyyətindəyik. Məqsədimiz qarşədan gələn mövsümə daha yaxşı hazırlaşıb iddialı olmaqdı".
 
Qeyd edək ki, "Karvan" ötən mövsümü I Liqada 5-ci pillədə başa vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
103
sport24.az

1Sources