EN

Göygöldə evin dam örtüyündə YANĞIN 

Göygöldə yanğın hadisəsi qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Xaqani kəndində ümumi sahəsi 110 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyalarının 60 m² sahəsi yanıb. 

Yanğın zamanı evin damına yığılan 1,5 ton ot bağlamasının 1 tonu yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Onların köməkliyi ilə tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğının baş vermə səbəbləri araşdırılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
48
bizim.media

1Sources