EN

Qəzza hökuməti məcburi köçlə bağlı əhaliyə xəbərdarlıq etdi

Qəzza hökuməti vətəndaşları İsrailin cənuba köçmək çağırışına qarşı xəbərdar edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstin hökumətinin yazılı açıqlama verərək əhaliyə müraciət ünvanlayıb.

Açıqlamada İsrail ordusunun Fələstin xalqını Qəzzadan cənuba köç etməyə çağıran bəzi yalnış xəritələr yayımladığı və buraların təhlükəsiz bölgələr olduğu bildirilib.

Eyni zamanda bu çağırışların vətəndaşların həyatı üçün böyük təhlükə yaradan saxta çağırışlar olduğu da vurğulanıb.

Bəyanatda deyilir:

\"Daha əvvəl Qəzza şəhərinin qərbindəki Rəşid küçəsi və şəhərin şərqindəki Səlahəddin küçəsi ilə köç etməyə cəhd edən Fələstin xalqımızı işğalçılara səbəb ola biləcəyi üçün İsrailin Qəzza şəhərindən cənuba köçmək çağırışlarına qarşı xəbərdar edirik. Onları ölüm tələlərinə, qətllərə və əvvəllər onlarla dəfə təkrarlanan tarla edamlarına çevirdilər. Bu ağır səhvlərin, bu faciənin təkrarlanması vətəndaşları bunun əvəzini qanı, canı ilə ödəməyə məcbur edir. İsrail işğalının planları bütün Fələstin xalqımız üçün ifşa edilib\".

Qeyd edək ki, Qəzzanın şimalında hücumlarını gücləndirən İsrail dəfələrlə köçkün düşmüş fələstinliləri yenidən köç etməyə məcbur edib.
 
Nəzrin
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
75
azxeber.com

1Sources