EN

AVROPA İTTİFAQI QAPILARINI GÜRCÜSTANIN ÜZÜNƏ BAĞLADI

Avropa İttifaqı ilə Gürcüstan arasında siyasi gərginlik pik həddinə çatıb...

Tezadlar.az CNN-ə istinadla bildirir ki, "Təəssüflə deyirəm ki, Aİ ölkələrinin liderləri Gürcüstanın Aİ-yə daxil olması prosesini dayandırmaq barədə razılığa gəliblər", -deyən Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski "Avropa İttifaqının genişlənməsi - Avropa İttifaqına namizəd ölkələr üçün geosiyasi ehtiyac və gələcək addımlar" adlı ikigünlük beynəlxalq konfransın keçirildiyi Tbilisidə jurnalistlərə belə bir bəd xəbəri çatdırıb. Səfir bildirib ki, bu barədə iyunun 27-də Aİ liderləri qərar qəbul ediblər: “İyunun 27-də Aİ liderləri, prezidentləri və baş nazirləri Brüsseldə görüşdülər və onlar bir sıra mühüm qərarlar qəbul etdilər. Aİ-nin gələcək dövr üçün strateji gündəliyini razılaşdırdılar. Ukraynanın müdafiəsi ilə bağlı möhkəm öhdəliyimizi təsdiqlədilər. Təəssüf ki və təəssüf edirəm ki, bunu deməliyəm, onlar Gürcüstanın Avropa Birliyinə qoşulması prosesini dayandırmağa razılaşdılar. Gürcüstanın hazırkı hakimiyyətinin niyyəti Avropa İttifaqı liderləri üçün aydın deyil. Xarici Təsirin Şəffaflığı qanunu açıq şəkildə 9 addımdan geriyə doğru bir addımdır. Həmçinin, anti-Qərb, anti-Avropa ritorikası Avropa İttifaqına daxil olmaq məqsədi ilə tamamilə uyğun gəlmir. Təəssüf ki, hazırda Gürcüstanın Avropa İttifaqına qəbulu dayandırılıb. Bu, həqiqətən də kədərlidir və ürəkağrıdıcı bir haldır”.

Həmçinin səfir bildirib ki, Avropa İttifaqı digər namizəd ölkələrlə bağlı əlavə addımlar atır və Avropa İttifaqı Moldova və Ukrayna ilə üzvlük danışıqlarına başlamaq qərarına gəlib: "Ümid edirəm ki, seçkilərdən sonra, yeni qurulan hökumət, bu hökuməti kim formalaşdıracaqsa, yenidən Avropa İttifaqına daxil olmaq istiqamətində ciddi işə başlayacaq”.

Gürcüstanın Rusiyaya meyillənməyi sonda bu cür siyasi qərarlara gətirib çıxardı. Deməli, indi kimin yanında olmağı müəyyənləşdirmək üçün daha diqqətli olmaq tələb edilir.

A.Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
85
tezadlar.az

1Sources