EN

Avstraliyada İLK – Antisemitizmlə mübarizə üçün səfir təyin edildi

Yəhudi hüquqşünas Jillian Seqal 3 il müddətinə Avstraliyanın ilk antisemitizmlə mübarizə səfiri təyin edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Baş nazir Entoni Albanese açıqlama ilə çıxış edib.

Albanese Sidney Yəhudi Muzeyində ölkədə antisemitizmlə mübarizədən danışıb. O, müsəlmanlara qarşı əhval-ruhiyyə (islamofobiya) ilə mübarizə aparmaq üçün tezliklə səfirin təyin ediləcəyi mesajını verib.

Bildirilib ki, antisemitizm səfiri albanlara, eləcə də müvafiq nazirliklərə antisemitizmlə bağlı məsləhətlər verəcək.

Təyinat bəzi yəhudi təşkilatları tərəfindən müsbət qarşılansa da, İsrailin Qəzza siyasətini tənqid etməsi ilə tanınan Avstraliya Yəhudi Şurası Seqalın təyinatını narahatedici məqam hesab edib. Açıqlamada Seqalın İsrail lobbiçisi olduğu iddia edilib və onun vəzifəyə təyin olunmasının parçalanmanı daha da artıracağı qeyd edilib.

Bəyanatda deyilir: “Biz antisemitizm səfirinin  yəhudiliklə İsrailə dəstək arasında fərq qoymamasından narahatıq. Bu, Avstraliyada bizim kimi fələstinlilərin azadlığına və ədalətinə inanan çoxsaylı yəhudilərə məhəl qoymamaq riski daşıyır. İsrailin Fələstinlilərə qarşı şiddətinə qarşı çıxırıq”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
39
konkret.az

1Sources