EN

Bakının 8 rayonunda bütün bağçalara isti yeməklər verilir

Bakının 8 rayonunda bütün bağçalara pilot layihə kimi isti yeməklər verilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov brifinqdə deyib.
 
"Qida ilə bağlı Bakının 8 rayonunda və Mingəçevir, Bərdə,yevlax, Tərtər, Ağcabədidə olan bağçalara pilot layihə kimi isti yeməklər verilir. Bu istiqamətdə mütəmadi monitorinqlər keçirilir. Nəticələrə uyğun olaraq bunun əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur", - nazirlik rəsmisi açıqlamasında bildirib. 
 
Martda Ombusdman Səbinə Əliyeva Milli Məclisdə hesabat verərkən bildirib ki, məktəblərdə və bağçalarda qida rasionuna diqqət artırılmasına ehtiyac var bə bu istqamətdə aiddiyatı qurumlar tərəfindən vaxtında bəzi hallarda vaxtsız monitorinqlər keçirilməlidir.  
 
Bundan əvvəl elm və təhsil naziri Emin Əmrullayev mətbuata açıqlamasında bildirib ki, bağçalara nazirlik tərəfindən isti yeməklərin verilməsi ilə bağlı pilot layihəyə başlanılıb.
 
 Hazırda bağçalarda qida rasionu Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.
 
Gülnar Nazimqızı 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
32
anews.az

1Sources