EN

Fatih Terimin ilk imzasından 50 il keçib

Bakı,TurkicWorld

Türk futbolunun canlı əfsanəsi, İmperator ləqəbli Fatih Terimin bir çox unudulmaz uğurlara imza atdığı Galatasaraya ilk dəfə futbolçu kimi imza atmasından 50 il keçir.

TurkicWorld xəbər verir ki, Fatih Terim 11 il Galatasarayda futbolçu kimi çıxış edib.

1974-cü ildə Galatasaraya gələn Terim 1984-1985-ci illərin sonuna qədər 11 mövsüm sarı-qırmızılı formada çıxış edib. Ümumilikdə 402 rəsmi matçda forma geyinən Fatih Terim komandanın kapitanı vəzifəsini də icra edib.

Türkiyə millisindədə çıxış edən Terim 51 oyunda ay-ulduzlu forma geyinib.

Türkiyədə bir çox klubları çalışdırdıqdan sonra, Milli Komanda səviyyəsində çalışmağa başlayan Terim, buradakı hərəkətləri ilə gələcəkdə qazanacağı qələbələrin siqnallarını verməyə başlamışdı.

Onun milli komandalardakı uğurları üzünə vətəni Galatasarayın qapısını bir daha açıb.

Terimin rəhbərliyi altında qurulan Galatasaray 1996-2000-ci illər arasında dörd dəfə dalbadal Super Liqa çempionluğu qazanaraq qırılması çətin olan rekordu qırıb.

Türkiyə və Avropada uğurlu nəticələr əldə edən Galatasaray Terimin rəhbərliyi altında 1999-2000-ci illər mövsümündə də UEFA kubokunu başı üzərinə qaldıraraq Türkiyə futbol tarixində Avropa kubokunu qazanan ilk və yeganə komanda olub.

Qeyd edək ki, Fatih Terim dörd dəfə ayrı zaman aralıqlarında Galatasaray klubunu çalışdırmışdır(1996-2000, 2002-2004, 2011-2013, 2017-2022).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
56
turkic.world

1Sources