"Olaylar" xəbər verir ki, bunu YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib:
"Qlobal risk və təhdidlərin artdığı, qarşılıqlı inam böhranının daha da dərinləşdiyi bir vaxtda əbədi qardaşlıq ruhundan güc alan əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltməyi, birgə yanaşmalarla inkişaf etdirməyi zaman tələb edir. Bu baxımdan, Zirvə görüşünün nəqliyyat, qarşılıqlı əlaqələr və iqlim fəaliyyəti vasitəsilə davamlı bir gələcək inşa etmək mövzusunda keçirilməsi böyük önəm daşıyır. Cənab İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, imzalanan Qarabağ Bəyannaməsi, qəbul etdiyimiz qərarlar türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək".
Alim Hüseynli
Olaylar.az