EN

Panama millisinin üzvü Azərbaycana qayıdacaq: "Yaxşı təkliflərim var"

"Turan Tovuz"un müdafiəçisi Roderik Miller Sportal.az saytına açıqlama verib. Panama millisinin heyətində "Copa America"da iştirak edən 32 yaşlı müdafiəçi "Turan Tovuz"dakı gələcəyindən bəhs edib. Bununla yanaşı, komandaya yeni baş məşqçi təyin olunması haqda da fikirlərini söyləyib:

"Turan Tovuz"la müqaviləm qüvvədədir. Düzünü desəm, maliyyəsi yaxşı olan bəzi təkliflərim var. Lakin hər şey bir prosesdir. Bir şey olarsa, qərar vermək üçün klubla masa arxasında oturmalıyam. Lakin hələlik müqaviləm var və "Turan Tovuz"a qayıtmaq niyyətindəyəm. 

Komandamıza yeni baş məşqçinin gəlməsi ilə bağlı xəbərləri gördüm. Həqiqət odur ki, Kurban Berdiyevlə əlaqə saxlamamışam. Amma görürəm ki, onun təcrübəsi bizə rəqabətdə zirvədə olmağımıza kömək edə bilər".

Qeyd edək ki, Millerin "Turan Tovuz"la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
65
sportal.az

1Sources