EN

Baş həkimin otağına benzin töküb yandırdılar: "Danışa bilmirəm..."  

Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün onun iş otağına benzin tökərək yandırıb.

Hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar, yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Xəsarət alanın olmadığı bildirilir.
 
Hadisənin detallarını öyrənməkçün poliklinika ilə əlaqə saxlamağa çalışdıq. Lakin, ya telefonlar söndürüldü, ya da media olduğu bildirilən zaman "Danışa bilmirəm",- deyilərək telefon dəstəyi asıldı. Baş həkimlə danışmaq istəyimiz heç cürə baş tutmadı. 
 
Baş verən hadisə ilə bağlı Referans.az TƏBİB-lə əlaqə saxladı. İctimaiyyətə hadisə ilə bağlı açıqlama veriləcəyi bildirildi. 
 
Qeyd edək ki, 9 saylı şəhər poliklinikasının baş həkimi Lalə Hacızadə 2019- cu ildən müəssisəyə rəhbərlik edir. 
 
Şəlalə Babayeva
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
55
referans.az

1Sources