EN

Peru silkələndi

Perunun okeanla sahil ərazisində 5,5 bal gücündə zəlzələ baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələnin episentri Lomas rayonunun 74 km cənubda, 32 km dərinlikdə qeydə alınıb. 
Bu barədə Peru Geofizika İnstitutu rəsmi məlumat yayıb.

Az sonra ölkədə, bu dəfə 246 min əhalisi olan İka şəhərinin 230 km cənubunda 5,4 bal gücündə daha bir silkələnmə baş verib. 

Qeyd edək ki, zəlzələlərdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilməyib. Dağıntılar və insan tələfatı barədə isə məlumat yoxdur.

L. Tağıyeva























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
159
1
525.az

10Sources