EN

Qırğızıstan-Türkiyə tərəfdaşlığı ilə neft emalı zavodu

Qırğızıstanın Batken vilayətində Qırğızıstan-Türkiyə tərəfdaşlığı ilə neft emalı zavodu yaradılır.

  Fins.az xəbər verir ki, Qırğızıstan Energetika Nazirliyinin verdiyi məlumata görə, nazir Taalaybek İbrayev Batkenin Kadamçay rayonunun Kok-Talaa kəndində neft emalı zavodunun tikintisilə tanış olub və səlahiyyətlilərdən məlumat alıb.

  Qırğızıstan Neft və Təbii Qaz Dövlət Korporasiyası (Qırğıztransnefteqaz) və Qırğızıstan-Türkiyə K-Petrol Qaz Şirkətinin sutkada 500 ton xam neft emal etmək gücündə olan neft emalı zavodunun sentyabr ayının sonunda işə salınması planlaşdırılır. Hazırda 41 Qırğızıstan və 10 Türkiyə mütəxəssisinin çalışdığı zavodun investisiyanın ümumi dəyəri 91 milyon dollardır. Tikintinin 90 faizi tamamlanıb, 4 neft quyusunda təmir və hazırlıq işləri davam edir, lazımi icazələr alınıb.

  Qeyd edək ki, Qırğızıstan-Türkiyə K-Petrol Qaz Şirkəti 23 mart 2023-cü ildə “Tunduk Soh” və “Çonqara Qalça” neft yataqlarının birgə istismarı üçün yaradılıb.

Kaira Agayeva 

Fins.az

Chosen
179
50
fins.az

10Sources