EN

Xaçatryanın ABŞ-dakı malikanəsi satışa çıxarıldı: vəsait görün hara veriləcək

Xaçatryanın ABŞ-dakı malikanəsi satışa çıxarıldı: vəsait görün hara veriləcək

Xəbər verdiyimiz kimi, Amerika məhkəməsinin qərarı ilə Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın ailəsinə məxsus ABŞ-da yerləşən malikanə müsadirə edilərək ən yüksək bazar qiymətinə satışa çıxarılıb.

Publika.az xəbər verir ki, müsadirə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Məlumata görə, Ermənistan hüquq-mühafizə orqanı və ABŞ-ın səlahiyyətli orqanları hazırda malikanənin satışı nəticəsində əldə olunacaq vəsaitin böyük hissəsinin Ermənistana qaytarılması məsələsini müzakirə edirlər.

Ermənistan Baş Prokurorluğundan bildirilib ki, ölkənin Milli Təhlükəsizlik Xidməti tərəfindən Qurgen və Artem Xaçatryana (Qaqik Xvçatryanın oğulları) qarşı başlanmış cinayət işi, o cümlədən çirkli pulların yuyulması (Artem Xaçatryana qarşı iş) üzrə cinayət işi məhkəməyə göndərilib.

Qurgen Xaçatryan axtarışa verilib. Qaqik Xaçatryan tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda oğurluq, çirkli pulların yuyulmasında iştirak və xüsusilə külli miqdarda rüşvət alma cinayətləri hazırda İrəvanda ümumi yurisdiksiyanın birinci instansiya cinayət məhkəməsində araşdırılır.

ABŞ-ın səlahiyyətli orqanlarının da təşəbbüsü ilə 2024-cü il iyunun 14-də mülki qeyri-qanuni mənşəli əmlakın müsadirə edilməsi üçün icraat aparılan Qurgen və Artem Xaçatryan ABŞ dairəsinə təqdim edilib. Əmlakın müsadirəsi ilə bağlı razılığın əldə edilməsi barədə vəsatət məhkəmə tərəfindən icraata qəbul edilib. Müqavilə məhkəmənin 30 iyun 2024-cü il tarixli qərarı ilə təsdiq edilib.

Cinayət işləri ilə yanaşı, Ermənistanın Antikorrupsiya Məhkəməsində qanunsuz mənşəli əmlakın müsadirə edilməsi ilə bağlı araşdırılan məsələlər çərçivəsində ölkənin sabiq maliyyə naziri Qaqik Xaçatryan və onun oğulları Qurgen və Artem Haaçatryan da daxil olmaqla, ona bağlı olan 25 şəxsin 210 ədəd daşınmaz əmlakının, 13 nəqliyyat vasitəsinin müsadirə edilməsi, 29 hüquqi şəxsdə iştirak payı, habelə 33 milyarddan çox dram (84,6 milyon dollar) müsadirə edilməsi tələb olunur.

Bundan əvvəl Ermənistan hökuməti Qaqik Xaçatryan və onun oğullarının uzun illər korrupsiya, " mafiya sxemi " həyata keçirdiklərini və bunun nəticəsində qanunsuz olaraq çoxmilyonluq sərvət topladıqlarını bildirmişdi.

Chosen
23
2
sonxeber.az

3Sources