EN

Çin Rusiyaya xoşagəlməz “sürpriz” edib

Hələ də Rusiya ilə işbirliyini  davam etdirən Çin ABŞ tərəfindən  əlavə sanksiyalar təhlükəsi altındadır. Bu sanksiyalar  yuanın gələcək istifadəsini əngəlləyərək  ikitərəfli ticarəti və ödənişləri məhdudlaşdırmağa başlayıb.  Bu barədə Bloomberg xəbər agentliyi məlumat yayıb.

Birləşmiş Ştatlar həmçinin dekabrda xarici maliyyə firmalarına ikinci dərəcəli sanksiyalar tətbiq etməyə icazə veib və Çinin dövlət bankları Rusiya müştərilərinin maliyyələşdirilməsinə məhdudiyyətləri gücləndirib.
 
Bloomberg-in Çin gömrük məlumatlarına əsaslanan hesablamalarına görə, Çin və Rusiya arasında ümumi ticarətin illik artımı 2024-cü ilin ilk beş ayında bir il əvvəlkindən təxminən 42,5%-dən cəmi 3%-ə qədər düşüb. 

Rusiya Bankının hesablamalarına görə, "dost valyutalarla” aparılan Rusiya ticarətinin payı ötən illə müqayisədə artmayıb. İkinci dərəcəli sanksiyalar təhlükəsi Çinin bəzi ən böyük qurumları üçün rusiyalı həmkarları ilə işləməkdə güclü maneədir.
 
Jurnalistlərin fikrincə,  Rusiya hərbi iqtisadiyyatına daxil olan Çin yuanı öz maksimumuna atıb və Çin bundan sonra bu həcmi artırmaq niyyətində olmadığını bildirib. 
 
N.Təbrizli

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
84
anews.az

1Sources