EN

Məhkəmə Puçdemona amnistiya verməkdən imtina etdi

Barselona məhkəməsinin hakim Joakin Aqirre Kataloniyanın müstəqillik tərəfdarlarının Rusiya ilə əlaqələri ilə bağlı ittiham üzrə bölgənin keçmiş hökumət başçısı Karles Puçdemonun amnistiyasını rədd edib. 

Bu barədə Qaynarinfo "El Pais” nəşrinə istinadən xəbər verir.

Hakim öz qərarını onunla izah edib ki, Puçdemon cəzadan azad edilməsi nəzərdə tutulan cinayətlər siyahısına daxil olmayan dövlətə xəyanətdə şübhəli bilinir. Hakim Joakin Aqirre işi baxılması üçün Ali Məhkəməyə göndərib. 

Xatırladaq ki, iyunun 11-də İspaniyada Kataloniya müstəqilliyi tərəfdarlarına amnistiya haqqında qanun qüvvəyə minib. Bu qanun ölkədən qaçan Karles Puçdemona da şamil edilməli idi. Cinayət təqibi Kataloniyanın müstəqilliyi ilə bağlı 2017-ci il oktyabrın 1-də keçirilən referendumdan sonra başlayıb. Kataloniyalıların 90,18 faizi orada iştirak edib, onlardan yalnız 7,83 faizi müstəqilliyin əleyhinə olub. İspaniya rəsmiləri bunu qeyri-qanuni adlandırıblar. 

2020-ci ildə İspaniyanın "El Periodico" qəzeti yazıb ki, bir qrup rus Puçdemona 10 min rus əsgərini göndərməyi və Kataloniyanın İspaniyaya olan borcunu (70 milyard avro) tam ödəməyi təklif edib. Rusiya Xarici İşlər Nazirliyi bu məlumatı absurd adlandırıb, Kreml isə bunu təsdiqləməyib.

Siyasətçinin özü də Moskva ilə əlaqələrini təkzib edib.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
qaynarinfo.az

1Sources