EN

İrəvan meriyasının “pəncərələri açmayın“ çağırışı erməniləri təşvişə saldı

İrəvan meriyasının KİV vasitəsilə paytaxt sakinlərinə etdiyi qəribə çağırış sosial şəbəkələrin erməni seqmentində narazılıqla qarşılanıb. News365.az xəbər verir ki, "Mamul" nəşri paytaxtın bəzi hissələrində kimyəvi tədbirlərin keçirilməsi anonsunun yanlış anlaşıldığını yazıb.

“İyulun 9-da saat 23:00-04:00-dək Ərəbkir inzibati rayonunun Vaqarşyan, Sundukyan, Avetisyan, Ambartsumyan küçələrində, həmçinin Kentron inzibati dairəsində, Abovyan, Sayat-Nova küçələrində, Respublika meydanında və ona bitişik ərazilərdə ağaclara çiləmə işləri həyata keçirəcək. Bu, yerüstü zərərvericilərə qarşı kimyəvi mübarizədir. Təhlükəsizlik məqsədilə sakinlərdən küçəyə baxan pəncərələri və eyvan qapılarını bağlamaqları xahiş edilib", - nəşr yazıb.

Qeyd edək ki, ağaclara kimyəvi məhsulların vurulması adətən insanların sıx məskunlaşdığı şəhərələrdə reallaşdırılmır.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
news365.az

1Sources