EN

Rumıniya və Cəbəllütariq irəlilədi

2024-25 avrokubok mövsümünün ilk oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin 6 matçı keçirilib ki, bu, reytinqdə kiçik dəyişikliyə səbəb olub.

Belə ki, Rumıniya və Cəbəllütariq bir addım irəliləyiblər. Onlar müvafiq olaraq İsveç və Belarusu qabaqlayıblar. Azərbaycan isə 25-ci pillədə qalıb. Ölkəmizin əmsalı 16,750-dir.

Cədvələ 89,160 xalla İngiltərə başçılıq edir. İtaliya (79.106) ikinci, İspaniya (73.989) üçüncüdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
82
futbolinfo.az

1Sources