EN

Azərbaycanda ikinci rübündə gündəlik neft hasilatı göstəricisi bu qədər olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin ikinci rübündə orta gündəlik neft hasilatı 470 min barel səviyyəsində olub.

Banco.az ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) "Short-Term Energy Outlook" hesabatına istinadən xəbər verir ki, bu göstərici birinci rübdə də eyni səviyyədə idi. 

Məlumata görə, 2023-ci ilin ikinci rübündə ortalama gündəlik neft hasilatı 500 min barel təşkil edib. 

Qeyd edək ki, qurum Azərbaycanda bu il neft və digər maye karbohidrogenlərin hasilatının gündəlik 610 min barel olacağı proqnozlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
37
banco.az

1Sources