EN

Amerika Kuboku: Son çempion finala vəsiqə qazanıb

Amerika

Bakı, 10 iyul, AZƏRTAC

ABŞ-ın ev sahibliyi etdiyi futbol üzrə Amerika Kubokunda ilk finalçı müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, yarımfinalın ilk görüşündə son çempion Argentina ilə Kanada yığması üz-üzə gəlib. Görüş argentinalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Xulian Alvares və Lionel Messi vurublar.

Yarımfinalın digər görüşündə isə Uruqvay və Kolumbiya komandaları qarşılaşacaqlar. Matç bu gecə baş tutacaq.

Qeyd edək ki, Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
79
1
azertag.az

2Sources