EN

“Ventspils”in əfsanəvi dueti - Qriqorçukun əsas köməkçisi kimdi?

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar bəllidi. Belə ki, baş məşqçi Roman Qriqorçukun əsas köməkçisi litvalı Saulius Sekanaviçyus olacaq.

“Football-plus.az” adı çəkilən mütəxəssis haqda ətraflı məlumatı təqdim edir. Məşqçi karyerasına Latviya “Ventspils”ində başlayan Saulius 20 ilini bu kluba həsr edib.

Daha sonra “Eskilstuna” (İsveç), “Spartak Yurmala” və RFS (hər ikisi Latviya) kimi klublarda çalışıb. Mütəxəssis əsas uğurlarını “Ventspils” və RFS ilə qazanıb. 1997-ci ildə yaranan “Ventspils”də 98-ci ildən çalışmağa başlayan gənc Sekanaviçyus Roman Qriqorçukla birgə dəfələrlə Latviya kubokunun, çempionatın qızıl, gümüş və bürünc medallarının sahibi olub. Klubun tarixində ilk dəfəavrokuboklarda debütü də Sauliusun dövründə baş verib. Hətta komanda 2009/10 mövsümündə Avropa Liqasının qrup mərhələsinin iştirakçısı olub. 2021-ci ilin yanvarından bu ilin yayına qədər RFS-də çalışan Saulius son iki mövsümdə premyer-liqanın çempionu olub.

Ümumiyyətlə, Qriqorçukun “Neftçi”dəki əsas köməkçisinin Sekanaviçyus olması təsadüfi deyil. Mütəxəssis 20 ildi səmimi dostluq münasibətləri olan və futboldakı uğurlarının təməlini birlikdə qoyduğu şəxsdən yana seçim edib.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
61
football-plus.az

1Sources