EN

Azad olunmuş ərazilərdə seçki məntəqələrinin sayı yenə artacaq

125 seçki dairəsi üzrə 6400-dən artıq məntəqədə seçkilərin keçirilməsi üçün şərait yaradırıq.

APA xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

MSK sədri bildirib ki, xüsusilə azad olunmuş ərazilərdə Milli Məclisə seçkilərə də ilk dəfə vətəndaşlar səs verəcək: “Azad olunmuş ərazilərdə seçki məntəqələrinin sayı artacaq. Elə dünən orada 8 məntəqə yaratdıq. Bu dəfə azad olunmuş ərazilərdə seçkilər daha geniş şəraitdə keçiriləcək. O bölgədəki seçkilərə xüsusi fikir veririk.

Chosen
26
11
apa.az

10Sources