EN

“Turan Tovuz” U-21-in üzvü ilə anlaşdı - EKSKLÜZİV

Yeni mövsümə Qəbələdə hazırlaşan "Turan Tovuz" heyəti gücləndirmək yönündə də çalışmalarını davam etdirir. Sport24.az-ın əldə etdiyi məlumata görə, "boz qurd" heyətinə daha bir oyunçu cəlb edib.
 
Ötən mövsüm "Kəpəz"in formasını geyinən Rüfət Əhmədov tovuzlularla müqavilə imzalayıb. Sol cinah müdafiəçisi artıq bir neçə gündü ki, komandanın düşərgəsindədi və kollektiv məşqlərə qatılır.
 
Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan futbolçu U-21-də şərəfini qoruyur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
130
sport24.az

1Sources