EN

Millimizin sabiq çalışdırıcısı “Barselona”ya baş məşqçi təyin olundu

Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun sabiq baş məşqçisi Faustino Peres “Barselona”da çalışacaq. Matc.az xəbər verir ki, 55 yaşlı çalışdırıcı İspaniya nəhənginin baş məşqçisi təyin olunub. Bu yaxınlarda Xesus Velasko ilə yollarını ayıran kataloniyalılar əvəzində Çinin “Şanxay Quanqi Pioner” klubundan ayrılan Pereslə anlaşıb. O, yeni komandası ilə 2 illik müqavilə bağlayıb. Qeyd edək ki, Faustino Peres 2014-2016-cı illərdə Azərbaycan millisinə rəhbərlik edib. Millimiz AVRO-2016-da onun başçılığı altında 1/4 finala qədər irəliləməyi bacarıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
3
matc.az

4Sources