EN

“Barselona” İspaniya millisinin üzvü ilə anlaşıb

İspaniya millisinin və “Atletik”in hücumçusu Niko Uilyams “Barselona” ilə şəxsi şərtləri razılaşdırıb.



Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu Kataloniya klubu ilə müqavilə imzalayıb, lakin transfer üçün “Barselona” hələ də “Atletik”lə təzminat məbləğini razılaşdırmalıdır.



21 yaşlı forvardın müqaviləsində 58 milyon avro təzminat bəndi göstərilsə də, “Barsa” maliyyə problemlərinə görə bu məbləği ödəmək istəmir. Kataloniya klubu onu daha aşağı qiymətə almağa ümid edir.



Uilyams İspaniya çempionatının son mövsümündə 5 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərbarselona niko uilyams

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
52
komanda.az

1Sources