EN

Dövlət Xidmətində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) nümayəndələri ilə görüş keçirilib

Görüşdə turizm sahəsində sağlam rəqabət mühitinin formalaşdırılması, istehlakçı məmnuniyyətinin təmin edilməsi və keyfiyyətli xidmətin həyata keçirilməsi üzrə mövcud problemlər barədə müzakirələr aparılıb, bu istiqamətdə qurumlar arasında gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Göydəniz Qəhrəmanovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə azad rəqabətin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi və keyfiyyət infrastrukturu sahələri üzrə iqtisadiyyatın rəqabətliliyinin artırılması məqsədilə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib, bu istiqamətlər üzrə həyata keçirilən xidmətlərin rəqəmsallaşdırılmasının xüsusi əhəmiyyəti vurğulanıb. Həmçinin qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanan və yenicə qüvvəyə minən Rəqabət Məcəlləsində rəqabət mühitinin inkişafının davamlılığının artırılmasında mühüm təsirə malik müasir yanaşmalardan bəhs edilib.

Görüş zamanı milli iqtisadiyyatın rəqabətqabiliyyətinin artırılmasında mühüm rola malik olan turizm sahəsində səmərəli rəqabət mühitinin təmin olunması, həmçinin müştəri məmnuniyyətinin təmin edilməsində açar rolu oynayan keyfiyyətli xidmətin göstərilməsi üzrə hazırda mövcud olan problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Sonda praktiki əməkdaşlıq perspektivləri ilə bağlı məsələlər müzakirə olunub, qurumlararası tərəfdaşlığın doğura biləcəyi nəticələr ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
111
4
olaylar.az

5Sources