EN

"Barselona"dan yayın "transfer bombası": İspaniya millisinin üzvü ilə anlaşdı

"Barselona" "Atletik"in və İspaniya millisinin hücumçusu Niko Uilyamsla şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Publika.az xəbər verir ki, bu barədə yerli "Sport" nəşri məlumat yayıb.

Uilyamsın agenti Feliks Tainta ötən həftə "Barsa" rəhbərliyi ilə görüşüb. Tərəflər təfərrüatı açıqlanmayan müqavilə ilə bağlı razılığa gələ biliblər.

Kataloniya klubu "Atletik"ə Nikonun sözləşməsində yer alan 58 milyon avroluq təzminat məbləğini ödəməli olacaq.

Qeyd edək ki, 2023/24 mövsümündə Uilyams klub səviyyəsində 37 oyun keçirib, 8 qol vurub və 19 məhsuldar ötürmə edib. O, hazırda Avro-2024-də çıxış edən və finala yüksələn İspaniya millisinin əsas heyət üzvüdür. Uilyamsturnirdə meydana çıxdığı 6 oyunda 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
38
publika.az

1Sources