EN

"Seçici siyahılarında dünyasını dəyişmiş şəxslər olmasın!" - Prezidentin köməkçisi

“Çalışmalıyıq ki, seçici siyahılarında dünyasını dəyişmiş şəxslər olmasın”.
Manset.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev MSK-nın bu gün keçirilən müşavirəsində deyib. O bildirib ki, bu iş indidən sonra da davam etdiriləcək.

Zeynal Nağdəliyev əlavə edib ki, seçkiqabağı təşviqat üçün bütün namizədlərə bərabər şərait yaradılmalıdır: “Bununla bağlı yerli icra orqanlarına tapşırıqlar verilib. Seçici siyahılarının dürüstləşdirilməsi ən vacib məsələlərdən biridir. İş aidiyyəti qurumlar tərəfindən davam etdirilməlidir. İndiyə qədər olan seçicilərin sayı, yəni 28 iyuna olan rəqəm artımı 22,2 %-dir”.

Chosen
88
9
manset.az

10Sources