EN

Qızıl nanohissəciklərlə bağlı yeni araşdırma -Yalnız bu halda xərçəngi məhv edə bilirmiş

Polşa Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutunun və Rzeşov Universitetinin alimləri xərçəng hüceyrələrini effektiv şəkildə məhv edən qızıl nanohissəcikləri aşkarlayıblar.

Medicina.az "Lenta.ru"ya istinadən xəbər verir ki, araşdırmanın nəticələri “Small” jurnalında dərc olunub.

Əvvəllər belə hesab edilirdi ki, nanohissəciklər xərçəng hüceyrələri ilə mübarizə üçün nə qədər kiçik olsa, hüceyrələrə bir o qədər təsirli şəkildə nüfuz edir və onların ölümünə səbəb olur.

Bununla belə, tədqiqat göstərdi ki, 10 nanometr ölçülü nanohissəciklər glioma hüceyrələri üçün praktiki olaraq zərərsizdir, ulduz formalı struktura malik 200 nanometrə qədər ölçüdə olan nanohissəciklər isə ölümcüldür.

Bu qarşılıqlı təsirləri öyrənmək üçün holotomoqrafiya mikroskopundan istifadə edilib.

Məlumatların nəzəri təhlili üçün hüceyrə daxilində nanohissəciklərin çökməsi prosesinin modeli qurulub.
Üç hüceyrə xətti üzərində aparılan tədqiqatlar göstərib ki, kiçik sferik nanohissəciklər xərçəng hüceyrələrinə asanlıqla nüfuz edir, lakin hüceyrələr yenidən bərpa olunaraq bölünə bilirlər.

Yoğun bağırsaq xərçəngi hüceyrələri, nanohissəcikləri sürətlə xaric ediblər.

Lakin böyük, ulduz formalı nanohissəciklər hüceyrə membranlarını zədələyərək oksidləşdirici stress və apoptoza səbəb olub.

Tədqiqatçılar araşdırmalarını digər xərçəng növləri ilə genişləndirməyi planlaşdırırlar.


Aysel

Chosen
181
50
medicina.az

10Sources