EN

Pezeşkianın andiçmə mərasimi bu tarixdə keçiriləcək

İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da İran parlamentinin iclasında keçiriləcək.

Axar.az xəbər verir ki, bunu İran Parlamentinin Rəyasət Heyəti və Prezident Seçkiləri Təşkilat Komitəsinin nümayəndəsi Höccətül-islam Əlirza Səlim bildirib.

İran qanunvericiliyinə görə, andiçmə mərasimindən iki həftə sonra Prezident Pezeşkian hökumətinin tərkibini Məclisə təqdim etməlidir.

Xatırladaq ki, iyulun 5-də keçirilən prezident seçkilərinin 2-ci turunda Azərbaycan türkü, islahatçı cərəyana mənsub Məsud Pezeşkian rəqibi Səid Cəliliyə qalib gələrək prezident seçilib.

Chosen
121
18
axar.az

10Sources