EN

Taksi sürücüləri heç bir şərtsiz kondisioner İSTİFADƏ ETMƏLİDİR – Nazirlər Kabinetindən QƏRAR 

Son günlərin qızğın müzakirə mövzularından biri də taksilərdə kondisonerin istifadə edilib-edilməməsidir. Məsələ ətrafında sürücülər və sərnişinlər arasında davaların sayı artmaqdadır. Sərnişinlər “kondisioner qoşulmalıdır”, sürücülər isə “bunun üçün komfort sifariş edilməlidir” deyirlər.

Bəs reallıq nə yerdədir?

Qeyd edək ki, məsələnin dəqiq izahı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 183 nömrəli Qərarına baxmaq kifayətdir. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinə dair tələblərin 2.1-ci bəndində qeyd olunur: “Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi ilə təchiz edilməlidir”.

Bu açıqlamadan yəqin ki, bütün suallara cavab tapmaq mümkündür.

Məsələ ilə bağlı Bizim.Media Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) də fikirlərini öyrənib. Qurumun Mətbuat Xidməti sorğumuzu belə cavablayıb:

“Sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı həm taksi sifarişi operatoruna, həm də AYNA-nın sosial şəbəkə hesabları üzərindən, eləcə də “141” Çağrı Mərkəzinə müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumatları təqdim etmələri xahiş olunur.

Sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə qarşılaşan vətəndaşlara sifarişdən imtina etmələri, eyni zamanda həm bu halda, həm də taksi sürücülərinin davranışı, kondisionerdən istifadə edilməməsi və s. hadisə haqqında AYNA-ya məlumat vermələri xahiş olunur.
Taksi vasitəsilə sərnişindaşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılacaq və taksi sifarişi operatorları ilə proqram təminatının verdiyi üstünlüklərdən istifadə edilərək neqativ halların qarşısının alınması üçün tədbir görüləcək. Qanunvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv ediləcək”.

Məhərrəm Əliyev, Bizim.Media

Chosen
87
49
bizim.media

10Sources