EN

Qazaxıstan və Aİ Orta Dəhlizin inkişafını müzakirə edib

Qazaxıstan

Astana, 10 iyul, AZƏRTAC

Qazaxıstan və Avropa İttifaqı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafını müzakirə edir.

Bu barədə AZƏRTAC Qazaxıstan Respublikası Baş nazirinin mətbuat xidmətinə istinadən məlumat verir.

"Qazaxıstanın Baş naziri Oljas Bektenovun sədrliyi ilə Aİ-nin Qazaxıstandakı səfiri Kestutis Yankauskas və Aİ ölkələrinin diplomatik missiya rəhbərlərinin iştirakı ilə "Qazaxıstan-Aİ" dialoq platformasının 15-ci iclası keçirilib. Ən perspektivli istiqamətlərdən biri kimi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı planları müzakirə olunub" - deyə, məlumatda bildirilir.

Qeyd olunur ki, Qazaxıstan Avropa və Asiya arasında tranzit mərkəzi rolunu oynayır. "TBNM ən rəqabətqabiliyyətli çatdırılma müddəti (12-15 gün) ticarət axınları üçün maksimum cəlbediciliyi təmin edir" - deyə, hökumət əlavə edib.

Görüş iştirakçıları Orta Dəhlizin geniş potensialının açılmasında maraqlı olduqlarını bildiriblər.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
52
azertag.az

1Sources