EN

Apellyasiya Məhkəməsi Sevinc Vaqifqızının ev dustaqlığına buraxılmasından imtina edib

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsində “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızının ev dustaqlığına buraxılmasından imtina ilə bağlı şikayətə baxılıb. Məhkəmə şikayəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Elçin Sadıqov bildirib.

Müdafiə tərəfi Sevinc Vaqifqızının cinayət məsuliyyətinə cəlb edilməsini və həbs olunmasını qanunsuz hesab edir.

*20 noyabr 2023-cü il tarixindən “Abzas Media” nəşrinin altı jurnalisti və media işçisi "valyuta qaçaqmalçılığı" ittihamı ilə həbs edilib. Onlar ittihamları rədd edərək cinayət işini “Abzas Media”da yayımlanan korrupsiya araşdırmaları ilə əlaqələndiriblər.

KİV-in müdafiəsi üzrə beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini həbsdə olan jurnalistləri dərhal azad etməyə və KİV-ə təzyiqləri dayandırmağa çağırıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
48
1
turan.az

2Sources