EN

Ceyhun Bayramov belçikalı həmkarı ilə Azərbaycan-Ermənistan sülh prosesinin hazırkı vəziyyətini müzakirə edib - FOTO

NATO Sammiti çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belçikalı həmkarı Hadja Lahbib ilə görüşüb.
 
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
 
Qeyd edilib ki, görüşdə Azərbaycan-Belçika ikitərəfli münasibətləri, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya və Azərbaycanın COP29-a sədrliyi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
 
"Həmçinin münaqişədən sonrakı regional vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə olunub",-məlumatda qeyd edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
42
10
baku.ws

10Sources