EN

ABŞ dövlət katibi Zelenskinin şikayətlərinə cavab verdi

"Ukrayna müttəfiqlərindən kifayət qədər dəstək alır".

Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken Ukrayna lideri Vladimir Zelenskinin hərbi yardımın olmaması ilə bağlı şikayətlərinə belə cavab verib. Onun çıxışı alyansın "YouTube" kanalında yayımlanıb.

 "Mən inanıram ki, bu doğrudur”, - Qərb ölkələrinin Kiyevə kifayət qədər yardım edib-etməməsi ilə bağlı suala cavab olaraq Amerika dövlət katibi bildirib.

Qeyd olunur ki, Şimali Atlantika Alyansının Vaşinqtonda keçirilən sammitinin ilk günündə Zelenski ABŞ-nin tədarük etdiyi “Abrams” tanklarının döyüş meydanındakı vəziyyəti dəyişdirə bilmədiyi, hava hücumundan müdafiə sistemləri və F-16-nın tədarükündən şikayətlənib.

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
63
1
redaktor.az

2Sources