EN

“Səhər durub görürük ki, yoxdur” - Gəncədə oyun və idman qurğuları oğurlanırVİDEO

Gəncənin Yeni Gəncə yaşayış massivində sakinlər məhəllədəki oyun və idman qurğularının günü-gündən dağılıb getməsindən şikayətlənirlər.

Xezerxeber.az-ın xəbərinə görə, yaşayış massivində  43, 56 və 64 saylı binaların sakinləri deyir ki, yaşadıqları məhəllədəki idman və oyun alətləri get-gedə dağlıb, yoxa çıxır.

Sakinlərin sözlərinə görə, qurğuları məhz onların dəmrilərini satmaq üçün sökürlər. Dəmirlər kəsilib aparıldığından dibindəki qalıqlar uşaqlar üçün təhlükə yaradır.

Məsəslə ilə bağlı Gəncə Mənzil Kommunal Təsərrüfatı İB-dən bildirildi ki,  şəhərədə nümunəvi abad məhəllələrin yaradılması işi mərhələli şəkildə həyata keçirilir. Təkcə ötən il 11 belə məhəllə abadlaşdırılıb və proses davam etdirilir.

Şəhər polisindən isə sözügedən ərazidən oğurluq edilməsi ilə bağlı hər-hansı müraciətin daxil olmadığı bildirildi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
54
2
xezerxeber.az

3Sources