EN

“Hər iki ölkə yekun razılaşma əldə etməyə çox yaxındır” – Blinken


“Son bir il yarım ərzində Ermənistan və Azərbaycan sülh sazişinin müzakirəsi və bağlanması istiqamətində çox mühüm işlər görüblər”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüşdə deyib.
Blinken bildirib ki, bu davamlı, ləyaqətli və hər iki ölkə, onların paylaşdıqları region və Birləşmiş Ştatlarla münasibətləri üçün fövqəladə imkanlar açacaq:
“Bu proses boyu Birləşmiş Ştatlar Avropa İttifaqı və Avropadakı bir çox həmkarları ilə birlikdə yardımçı və dəstək olmağa çalışıb. Bu gün əldə edilmiş irəliləyişləri və qalan məsələləri nəzərdən keçirmək üçün bir fürsətdir. Son həftələr də daxil olmaqla, bizim bütün danışıqlara əsaslanaraq, inanıram ki, hər iki ölkə Birləşmiş Ştatların dəstəkləyəcəyi yekun razılaşma əldə etməyə çox yaxındır”.
Chosen
41
yeniavaz.com

1Sources