EN

3 ton kokain müsadirə olundu

Ekvadorda 3 ton narkotik maddə - kokain aşkarlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Ekvador polisi Rusiyaya göndərilməsi nəzərdə tutulan banan yüklənmiş konteynerdə 3 ton narkotik maddə - kokain aşkarlayıb. Cinayətin üstü xidməti itlərin sayəsində açılıb.

Məlumata görə, müsadirə olunmuş kokain qara bazarda 6,3 milyon ABŞ dolları qiymətindədir. Hadisə ilə bağlı 2 nəfər saxlanılıb.

Qeyd edək ki, bir qədər əvvəl polis 1 ton kokainin Finlandiyaya göndərilməsinin qarşısını ala bilmişdi. Ölkənin hüquq-mühafizə orqanlarının yaydığı açıqlamada bu il Ekvadorda 140 ton narkotik maddənin müsadirə edildiyi, narkotiklə bağlı 6 min insanın həbs olunduğu bildirilir.

L.Tağıyeva























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
55
525.az

1Sources