EN

Xarici siyasətASK-nın baş direktoru BƏƏ-nin səfiri ilə investisiya sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfiri Məhəmməd Əl-Bluşi ilə iki ölkə arasında investisiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə monarxiyanın diplomatik missiyası sosial şəbəkədə bildirib.

“BƏƏ-nin Azərbaycan Respublikasındakı səfiri Zati-aliləri Məhəmməd Əl-Bluşi Azərbaycan Sənaye Korporasiyasının baş direktoru cənab Kamran Nəbizadəni qəbul edib və iki ölkə arasında investisiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib”, – paylaşımda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
30
far.az

1Sources