EN

Japarovun qalmaqala səbəb olan “gələcək” qohumu saxlanıldı


Qırğızıstanda ölkə Prezidenti Sadır Japarovun qardaşı qızı Lazzat Nurkojoyevaya dəbdəbəli evlilik təklifi edən keçmiş nişanlısı saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Əsqət Alagözov məlumat yayıb.
“Biz təsdiq edirik ki, prezident Sadır Japarovun kiçik qardaşı qızının nişanlısı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu gəncin əsas məqsədinin qanunsuz əməllərini qorumaq üçün hakimiyyətdə olan şəxsləri “krışa” kimi istifadə etdmək niyyətində olduğunu demək üçün bütün əsaslar var”, - məlumatda bildirilir.
Alagözov vurğulayıb ki, Japarov kim olmasından asılı olmayaraq, qanunsuz əməllərini ört-basdır etməyəcək:
“Keçmiş nişanlının və onun əlaltılarının qanunsuz fəaliyyətinin təfərrüatları istintaq zamanı aydınlaşacaq”.
“Kaktus Media”nın məlumatına görə, saxlanılan şəxs Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 282-ci maddəsinin 3-cü hissəsi (“külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların analoqlarını hazırlama”) ilə cinayət törətməkdə şübhəli bilinir.
Xatırladaq ki, Lazzat Nurkojoevanın nişanlısı ona evlənmək təklifindən sonra məşhurlaşıb. “Kursiv”in məlumatına görə, bu, Nurkojoevanın gələcək yoldaşı ilə birlikdə Qırğızıstan Fövqəladə Hallar Nazirliyinə məxsus helikopterdə uçduğu Bişkek yaxınlığındakı Oruu-Sai dərəsində baş verib. Nurkojoeva təklifə “hə” cavabı verib.
Video sosial şəbəkələrdə tənqid fırtınasına səbəb olub. Daha sonra Sadır Japarov qardaşı qızına görə qırğız xalqından üzr istəyib. O, Fövqəladə Hallar Nazirliyinin helikopterlərinin icarəyə verildiyini də təsdiqləyib. Alınan pulların dövlət büdcəsinə daxil olduğunu və yeni helikopterlərin alınmasına sərf edildiyini iddia edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
65
yeniavaz.com

1phrase_var_article.sources