Bakı, 11 iyul, AZƏRTAC
ABŞ-ın ev sahibliyi etdiyi Amerika Kubokunda ikinci finalçı məlum olub.
AZƏRTAC xəbər verir ki, 1/2 final mərhələsində Uruqvay və Kolumbiya yığmaları üz-üzə gəlib. Görüş kolumbiyalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Həlledici mərhələyə vəsiqə qazanan Kolumbiya seçməsi Argentina ilə qarşılaşacaq. Matç iyulun 15-də baş tutacaq.
Üçüncü yer uğrunda keçiriləcək Kanada - Uruqvay görüşü isə iyulun 14-də təşkil olunacaq