EN

Bakıda özəl xəstəxanada baş verən qadın ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda özəl xəstəxanada baş verən qadın ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda özəl klinikada baş verən ölüm hadisəsi barədə açıqlama verib.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 9-u saat 02:40-da 1992-ci il təvəllüdlü şəxs (qadın cinsli) təcili tibbi yardım vasitəsilə ishal şikayəti ilə Sabunçu Tibb Mərkəzinin Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib və zəruri tibbi xidmət göstərilib:

"Xəstə daha sonra öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb.

Sözügedən xəstə üçün özəl tibb müəssisəsindən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyulun 9-da çağırış daxil olub və hadisə yerinə dərhal reanimasiyon briqada cəlb olunub".

Qeyd edək ki, xəstənin özəl tibb müəssisəsində öncə klinik ölümü və birgə aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq bioloji ölümü qeydə alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
63
sonxeber.az

1Sources