EN

Viktor Orban Moskvaya və Pekinə səfərlər etməklə Aİ-nin nüfuzuna zərbə vurub

Avropa İttifaqının hüquq xidməti bloka bildirib ki, Macarıstanın baş naziri Viktor Orbanın Rusiyaya səfəri və onun prezident Vladimir Putinlə görüşü birliyin “məqsədlərinə xələl gətirə biləcək hər hansı tədbiri” qadağan edən Aİ müqavilələrini pozub. Bu barədə vəziyyətlə tanış olan mənbələrə istinadən “The Financial Times” qəzeti yazıb.

Nəşrin həmsöhbətlərinin fikrincə, Macarıstanın baş naziri bütün Aİ üzvlərini “sədaqət və qarşılıqlı həmrəylik ruhunda qeyd-şərtsiz” xarici siyasət fəaliyyətlərinə riayət etməyə çağıran hüquqi müddəanı da pozub.

Orban iyulun 5-də Moskvaya gəlib və Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Onlar Ukraynadakı münaqişənin həlli yollarını da müzakirə ediblər. Bundan əvvəl, iyulun 2-də Orban Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb.

İyulun 8-də Macarıstanın baş naziri Pekinə səfər edib və burada bildirib ki, Budapeşt Aİ ilə Çin arasında əməkdaşlığa tərəfdardır.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
70
2
oxumeni.az

3Sources