EN

Bakıda zibilliyə dönən küçə təmizləndi - ƏVVƏL/SONRA

Paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayon, Nizami Nərimanov 81 ünvanında yaşayan sakinlər ərazidəki antisanitar vəziyyətdən şikayətləniblər.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, ərazi zibil və məişət tullantılarının əsiri olub. Pis qoxu və natəmiz şərait sakinlərin səhhəti üçün ciddi təhlükə yaradır. 

Məsələ ilə əlaqədar aidiyyatı qurumlara müraciət ünvanladıq.

Ardınca yaranmış antisanitar vəziyyət polisin müşayəti ilə əraziyə cəlb olunan aidiyyatı dövlət orqanları tərəfindən aradan qaldırılıb. Həmin ünvana əlavə 3 ədəd məişət tullantılarının atılması üçün zibil qutusu yerləşdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
1
baku.ws

2Sources