Son günlər xəstəxanalara göz quruluğu, göz yaşarması kimi konyuktivit əlamətləri ilə şikayət edənlərin sayı artıb.
Visiontv.az Xəzər TV-yə istinadən bildirir ki, həkimlər bildiriblər ki, xüsusilə yay aylarında göz xəstəlikləri ilə bağlı şikayətlər çoxalıb.
Bu xəstəliklərin sağalma müddəti isə əlamətlərə görə 10 gündən 3 həftəyə qədər çəkə bilir.
Qeyd olunan göz xəstəlliklərinin simptomları olan şəxslər isə həkim təyinatına əsasən göz damcılarından, eyni zamanda eynəkdən istifadə etməlidirirlər.
Bununla yanaşı uzun müddət davam edən qusma, yüksək hərarət və ishalla müşahidə edilən virus simptomları ilə müraciət edənlərin sayı da artıb.
Həkimlər deyirlər ki, istər uşaqlar, istərsə də böyüklər arasında yayılan bu xəstəlik rotavirus infeksiyasıdır və sağalma müddəti 10 gündür.
Qeyd olunub ki, xəstəxanaya müraciət edən hər 10 nəfərdən 3-4-ü bu simptomlardan əziyyət çəkir, belə olan halda insan bol maye qəbul etməli və pəhriz saxlamalıdır.