EN

CONMEBOL Amerika Kubokundakı dava ilə bağlı bəyanat yaydı

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Amerika Kubokunun yarımfinal matçından sonra uruqvaylı futbolçularla kolumbiyalı fanatlar arasında baş verən dava ilə bağlı bəyanat yayıb.

Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, CONMEBOL-un bəyanatı belədir:

“CONMEBOL futbola təsir edən hər hansı zorakılıq aktını qətiyyətlə pisləyir. İşimiz futbolun bizi müsbət dəyərləri ilə birləşdirdiyi inanca əsaslanır. Meydanda və ya ondan kənarda dözümsüzlüyə, zorakılığa yer yoxdur. Hər kəsi komandalarını dəstəkləmək və unudulmaz vaxt keçirmək üçün qalan günlərdə bütün enerjilərindən istifadə etməyə çağırırıq”.

Qeyd edək ki, yarımfinalda Uruqvaya 1:0 hesabı ilə qalib gələn Kolumbiya yığması finalda Argentina ilə üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
75
2
fanat.az

3Sources