EN

“Ermənistan heç bir halda Aİ-yə daxil olmaq ambisiyasını dilə gətirməyə belə hazır deyil” - Erməni siyasətçi

“Siyasi, iqtisadi, demokratiya, azadlıqlar və insan haqları nöqteyi-nəzərindən Ermənistan heç bir halda Avropa İttifaqına (Aİ) daxil olmaq ambisiyasını dilə gətirməyə belə hazır deyil”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin keçmiş müavini Avet Adonts deyib.

“Avropa İttifaqı Ermənistanın hazırkı hökumətinin ambisiyasından maksimum dərəcədə öz geosiyasi maraqlarını, o cümlədən bu gün həyata keçirilən anti-Rusiya və anti-İran gündəmini irəli sürmək üçün istifadə edəcək”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
missiya.az

1Sources