EN

Gürcüstanın baş nazirindən ABŞ və Avropa İttifaqının qərarına REAKSİYA

"ABŞ-nin və Avropa İttifaqının (Aİ) Gürcüstanın müdafiə sahəsinə ayırdığı yardımı dayandırmaq qərarı münasibətlərin yenidən qurulması ilə bağlı gözləntilərimizi doğrultmur".

Bu açıqlama ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze çıxış edib.

"Son dörd ildə baş verən siyasi hadisələrin fonunda bu münasibətlərin, həqiqətən, yenidən qurulmasına ehtiyac var və Gürcüstan tərəfi, hökumətimiz əvvəldən axıra qədər buna hazırdır. Bu cür qərarlar münasibətlərin yenidən başlaması baxımından qeyri-məhsuldardır, baxmayaraq ki, mən hələ də gələcəkdə praqmatik, rasional, düzgün və ədalətli addımların atılacağına ümid edirəm", - deyə İ.Kobaxidze bildirib.

Qeyd edək ki, iyulun 5-də ABŞ Gürcüstanda "Layiqli tərəfdaş" hərbi təlimlərinin qeyri-müəyyən müddətə təxirə salındığını elan edib və iyulun 9-da məlum olub ki, Aİ Gürcüstan Müdafiə Nazirliyi üçün nəzərdə tutulan 30 milyon avronun dondurulmasına qərar verib.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
64
3
oxu.az

7Sources